PVC membran

PVC Geomembran xüsusiyyətləri:

Poli Vinil Xlorid (PVC)  geomembranı ən çox tətbiq edilən sudan izolyasiya (hidroizolyasiya) materialıdır. Ekstruziya prosesi ilə hazırlanmış, istifadəçi (ustalar) üçün çox rahat və suyun sızmasına qarşı üstünlükləri olan  izolyasiya materialıdır. PVC membran yüksək deşilmə gücünə və əla aşınma müqavimətinə malikdir. PVC membranın istifadəsi zamanı yeraltı qrunt sularının, yağmur sularının tikilinizin daxilinə keçməsinin qarşısını alırsınız. Bundan əlavə, su anbarların, hovuzların, kanalların və göllərin daxilindən PVC geomembranı tətbiq edərək su sızma itkisinin qarşısını alır və SU ehtiyatlarına qənaət edirsiniz.

Nəyə görə PVC membran ?
1. Uzun ömürlüdür
2. Gigiyenik və antibakterialdır
3. Çox elastikdir
4. Mexaniki zərbələrə dayanıqlıdır
5. Seyismik hərəkətlərə dayanıqlıdır
6. 300-600 % dartınma müqavimətinə dayanıqlıdır
7. Bitki köklərinə qarşı dayanıqlıdır
8. Karroziyaya uğramır
9. Dəyişkən iqlim şəraitinə dayanıqlıdır
10. -20°C və +80°C temperatura dayanıqlıdır
11. Günəşin ultrabənövşəyi şüalarına dayanıqlıdır

Tətbiq sahələri:
1. Tunellərdə
2. Yeraltı keçidlərdə
2. Süni göllərdə (suvarma, balıqçılıq, dekorativ)
2. Kanallarda
3. Bünövrədə- Təməl və Pərdələrdə
4. Açıq terras damlarda və balkonlarda
5. İçməli və texniki su anbarlarında- rezervuarlarda
6. İstənilən növ hovuzlarda (dekorativ və yarış)
7. Sanitar qovşağında