GEOTEKSTİL KEÇƏ

GEOTEKSTİL KEÇƏ xüsusiyyətləri:

Geotekstil keçə 20% — poliamid, 80% — polyester əlyaftan olub dünya bazarında ən keyfiyyətli inşaat materialıdır.

Geotekstil keçənin 4 funksiyası var:
1. Qoruma- İzolyasiya materiallarının qorunması (məs. izolyasiya təbəqəsinin xarici təsirlərdən qorumaq üçün)
2. Ayırıcı- təbəqələrin bir birindən ayırmaq (məs. presdənmiş torpaqdan çınqılın bir birindən ayırması üçün).
3. Filtrasiya- sudan lilin və digər iri həcimli daşın torpağın təmizlənməsi (məs. drenaj borularına sarılaraq tıxanmasının qarşısını alınması üçün).
4. Drenaj- su əmiciliyi sayəsində ən yüksək yerdən ən aşağı hissəyə suyun sürətli ötürülməsi.

Geotekstil keçə –  inşaatda izolyasiya təbəqəsinin xarici təsirlərdən qorumaq üçün, müxtəlif torpaq  işlərində, avtomobil və dəmir yolu magistralların tikintisində gələcəkdə çökmələrin aradan qaldırılması üçün, torpaq tikililərin bərkidilməsində, drenaj boru sistemlərinin quraşdırılmasında, landşaft layihələndirilməsində ayırıcı təbəqə kimi, tikinti çınqılının torpağa nüfuzunun qarşısının alınmasında, suyun filtrasiya olunmasında, üst torpaq təbəqələrindən suyun tez axıdılıb yuyulmanın qarşısının alınmasında, drenaj boruların tıxanmasının qarşısının alınmasında, torpağın möhkəmləndirilməsində istifadə olunur.

İstehsal sıxlıqları:  100-500gr/m2

Standart rulon eni 2m, istehsal sıxlığına görə uzunluğu  100-200m olur.

Nəyə görə Geotekstil Keçə ?
1. Çürüməyə qarşı maximum müqaviməti təmin edir.
2. Tətbiqi zamanı meydana gələbiləcək zədələnmələrə qarşı davamlıdır.
3. Tətbiqi asandır.Tətbiq zamanı və sonrasında insan sağlamlığına heç bir zərəri yoxdur.
4. Filtrasiya xüsusiyyəti sayəsində mükəmməl keçiricilik təmin edir.
5. Sintetik quruluşu sayəsində çürük, bakteriya, turşu asitlərinə, nəm və s. üçün davamlıdır.
6. Dəniz suyu, kif və pasdan təsirlənməz.

Tətbiq sahələri:
1. Tunellərdə
2. Yeraltı keçidlərdə
2. Süni göllərdə (suvarma, balıqçılıq, dekorativ)
2. Kanallarda
3. Bünövrədə- Təməl və Pərdələrdə
4. Açıq terras damlarda və balkonlarda
5. İçməli və texniki su anbarlarında- rezervuarlarda
6. İstənilən növ hovuzlarda (dekorativ və yarış)
7. Sanitar qovşağında
8. Torpağın möhkəmləndirilməsi işlərində- çokmələrə qarşı
9. Avtomobil və dəmir yolu magistralların tikintisində
10. Drenaj borularında tıxanmaya qarşı